Sikaflex-11 FC Purform
Çoxməqsədli elastik poliüretan yapışdırıcı və dərz dolğusu
Tək komponentli, nəm ilə kürlənən elastik yapışdırıcı və germetikdir. Bir çox tikinti materiallarına yüksək yapışma xüsusiyyətlidir. Daxili və xarici məkanlarda çoxməqsədli yapışdırma və dərz sızdırmazlıq tətbiqlərində istifadə olunur.
İstifadə Yerləri:
- Fərqli tikinti materiallarının və komponentlərinin yapışdırılmasında:
-Beton
-Suvaq
-Tökmə daş
-Keramika
-Taxta
-Metal
-Şüşə
- Germetik dolğu olaraq şaquli və üfüqi dərzlərin sızdırmazılığının təminində istifadə edilir.
Üstünlükləri:
- ± 25 % hərəkət qabiliyyətli
- Asan və sürətli tətbiq olunması
- Fərqli tikinti materiallarına yüksək yapışqanlığı
- Mexaniki və hava şərtlərinə qarşı dayanıqlılığı
- Aşağı miqdarlı monomer tərkib
- CE nişanlı elastik yapışdırıcı Diizosiyanatların (REACH) təhlükəsiz istifadəsi ilə bağlı heç bir təlim tələb olunmur